USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

"No Time To Die" filminin premyera qazancı

Bakı, 4 oktyabr - BiznesMedia. "James Bond" seriyalının ən son filmi olan "No Time To Die" yayıma çıxdığı ilk həftədə 119 milyon dollar gəlir əldə edib. Bu nəticə dünyada pandemiya dövründə belə yüksək qazanc əldə edən ilk film olub.

Deniel Kreyqin (Daniel Craig) Ceyms Bond (James Bond) obrazını canlandırdığı film Almaniya, Yaponiya və Honq Konq da daxil olmaqla 24 ölkədə ən yaxşı nəticə əldə edib. İngiltərə də daxil olmaqla 21 ölkədə film pandemiyadan sonra ən yaxşı premyera gəliri əldə edib.

Filmin yayımlanma tarixi pandemiya səbəbiylə uzun müddət gecikib. Filmin rejissoru Dani Boli (Danny Boyle) layihəni tərk edib. Pandemiyaya görə bütün dünyada kinoteatrların bağlanması filmin çıxma vaxtını 2020-ci ilin noyabr, 2021--ci ilin aprel və nəhayət oktyabr ayına keçirilməsinə səbəb olub.

15:10
4 oktyabr 2021
0 0 7
Top