USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Dünya Bank: “MDB ölkələri arasında ən aşağı xarici borc Azərbaycandadır”

Bakı, 9 oktyabr - BiznesMedia.Dünyada ötən il COVID-19 pandemiyası səbəbilə ölkələrin xarici borcu kəskin artıb. Belə ki, qlobal borc məbləği bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 % və ya 25,1 trilyon ABŞ dolları artaraq 296 trilyon ABŞ dollara yüksəlib.

Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Dünya Bankının proqnozlarına görə, Azərbaycanın xarici borcu MDB ölkələri ilə müqayisədə azdır. Belə ki, Azərbaycanın bu il xarici borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti 17.6% təşkil edəcək.

Rusiyanın bu il xarici borcunun ÜDM-ə nisbəti 21.1% təşkil edəcək ki, bu da Azərbaycanla müqayisədə 3.5% yüksəkdir.

Ermənistanın bu il xarici borcunun ÜDM-ə nisbətinin 66.9% olacağı proqnozlaşdırılır ki, bu da Azərbaycanla müqayisədə 49.3% çoxdur . Ermənistanın xarici borcu ümumillikdə MDB ölkələri arasında ən yüksək səviyyədir.

Qazaxıstanın bu il xarici borcunun ÜDM-ə nisbəti 26.9% olacağı proqnoz edilir ki, bu, Azərbaycana nisbətən 9.3% artıqdır.

Qırğızıstanın 2021-ci ildə xarici borcunun ÜDM-ə nisbətinin 66.2% olacağı gözlənilir ki, bu da Azərbaycanla müqayisədə 48.6% yüksəkdir.

Bank bu il Moldovanın xarici borcunun ÜDM-ə nisbətinin 35.2% təşkil edəcəyini proqnozlaşdırır. Bu göstərici, Azərbaycana görə 17.6% çoxdur.

Özbəkistanın bu il xarici borcunun ÜDM-ə nisbətinin 40.6% olacağı gözlənilir, bu da Azərbaycana nisbətən 23% yüksəkdir.

Tacikistanın 2021-ci ildə xarici borcunun ÜDM-ə nisbətinın 49.4% olacağı bildirilib ki, bu Azərbaycanla müqayisədə 31.8% artıqdır.
17:04
9 oktyabr 2021
0 0 4
Top