USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Müsahibə zamanı namizədlərin etdiyi ən böyük səhvlər – “Amazon”da işə götürmə meneceri

Bakı, 9 oktyabr - BiznesMedia. İş müsahibəsi zamanı güclü bir ilk təəssürat yaratmaq üçün hər saniyə vacibdir. Müsahibə götürənlər rolunuza uyğun olub-olmadığınızı müəyyən edərkən duruş və göz təması kimi kiçik detallara da diqqət yetirəcəklər.

“Ən kiçik səhv belə xəyal etdiyiniz işə qəbul olmaq şansınızı itirməyinizə gətirib çıxara bilər, və bu, təəccüblü olaraq, bir çox namizədin etdiyi bir səhvdir. Ən böyük səhv namizədlərin müsahibə zamanı vulqar və ya uyğun olmayan sözlər işlətmələridir. Bu böyük bir problemdir, yaxşı görünmür və peşəkarlıq hissi vermir".

Bu sözləri “Amazon” ən böyük onlayn satış şirkətinin baş işəgötürəni “DJ” Kabin “CNBC Make It”ə deyib.

“Bu, daha gənc, az təcrübəli namizədlərə xas bir səhv də deyil. Mən 10 ildən çoxdur ki, işə götürürəm və indiyədək namizədlərin vulqar sözlərdən istifadə etdikləri müsahibələrin sayını deyə bilmərəm. Bu, yalnız “giriş” səviyyəsindəki namizədlərə deyil, həm də danışdığım daha yaşlı, çox təcrübəli namizədlərə də aiddir".

Kabinin müsahibə zamanı tez-tez müşahidə etdiyi başqa bir səhv isə namizədlərin müraciət etdikləri komanda və ya rol haqqında əsas məlumatları bilmədən gəlmələridir.

 "Ev tapşırığını etmək və bu müsahibələrə yaxşı hazırlaşmaq, təəssüf ki, bir çox adamın etmədiyi bir şeydir. Ancaq şirkəti, komandanı və müsahibəni götürəcək şəxsi araşdırmaq, həqiqətən də əhəmiyyətli bir addımdır və müraciət prosesində fərqlənməyin asan bir yoludur".

Misal olaraq, “Amazon” texnologiya nəhəngində vakasiyalar üçün müraciət edənlərə yol göstərmək üçün “Amazon Jobs” veb saytında, "Inside Amazon" “YouTube” kanalında və ən yaxşı müsahibə təcrübələri haqqında “LinkedIn” lentində bir neçə pulsuz qaynaq təqdim edir. Kabin “Amazon”da işləmək istəyən insanlara şirkətin liderlik prinsiplərini öyrənməyi tövsiyə edir, çünki işə götürən menecerlər bunları müsahibə müddətində namizədləri qiymətləndirmək üçün istifadə edirlər. 

 "Bir namizədin təqdim etdiyi təcrübənin mülkiyyətçilik, qənaətcillik və maraqlanmaq kimi liderlik prinsiplərimizə uyğun olduğunu görmək istəyirik”. 

Kabin hər hansı bir iş görüşməsində fərqlənməyin başqa bir asan yolunu da tövsiyə edir: müsahibə verənlə sevimli bir hobbi və ya hər ikinizin yaşadığınız yer kimi ortaq bir nöqtə tapmaq.

 "Məni heyran edən söhbətin daha rahat getməsinə səbəb olan və insanların həqiqətən də bu müsahibəyə hazırlaşmaq üçün vaxt ayırdığını göstərən kiçik nöqtələridir. Bu, həm də, məni daha da rahatlaşdırır, çünki bütün gün bunları etsək də, müsahibə götürənlər də bu söhbətlərdə narahat olur!"

Mirvari Əzizbəyli
19:00
9 oktyabr 2021
0 0 6
Top