USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycanda yeni publik hüquqi şəxslər yaradılıb

Bakı, 11 oktyabr - BiznesMedia. Azərbaycanda yeni yaradılmış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində 2 publik hüquqi şəxs fəaliyyət göstərəcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmana əsasən, həmin publik hüquqi şəxslər aşağıdakılardır:

- İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

- “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin, İnnovasiyalar Agentliyinin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.
17:26
11 oktyabr 2021
0 0 2
Top