USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycandakı fərdi sahibkarların sayı açıqlanıb

Bakı, 20 oktyabr - BiznesMedia. Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1,142 milyonu keçib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, oktyabrın 1-i vəziyyətinə ölkədə sahibkarların sayı 1 142 511-ə çatıb.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" (384 020 sahibkar və ya ümumi sahibkarların 33,6%-i), "Ticarət; nəqliyyat

vasitələrinin təmiri" (238 987 – 20,9%), "Nəqliyyat və anbar təsərrüfatı" (126 679 – 11,1%) və "Digər sahələrdə xidmətlərin göstərilməsi" (115 314 – 10,1%) sahələri üzrə qeydiyyatdan keçib.
13:55
20 oktyabr 2021
0 0 5
Top