USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycanda koronavirusa yoluxanların son STATİSTİKASI

Bakı, 20 oktyabr - BiznesMedia. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 303 yeni yoluxma faktı qeydə alınıb, 1 010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 507 857 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 480 685 nəfər müalicə olunaraq sağalıb, 6 809 nəfər vəfat edib, aktiv xəstə sayı 20363 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 075, ötən müddət ərzində isə ümumilikdə 5 056 819 test aparılıb.
16:33
20 oktyabr 2021
0 0 4
Top