USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Prezident və xanımı Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Bakı, 20 oktyabr - BiznesMedia. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, daha sonra Prezident və xanımı  rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Səfər zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər. Dövlət başçısı və birinci xanım 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.
17:50
20 oktyabr 2021
0 0 1
Top