USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

"Netflix"ə 10 il əvvəl 1000 dollar sərmayə qoysaydınız, gəliriniz indi nə qədər olardı?

Bakı, 21 oktyabr - BiznesMedia. “Netflix” striminq nəhənginin bu dəfəki gəlir hesabatı “Wall Street”in həm abunəçi, həm də gəlir artımına dair gözləntilərini üstələyib.

“CNBC”-nin hesablamalarına görə, əgər siz 19 oktyabr 2011-ci il tarixində Netflix-ə 15,63 dollarlıq səhm qiyməti ilə 1000 ABŞ dolları həcmində sərmayə qoysaydınız, səhmlərinizin bazar dəyəri bu gün 40,430 ABŞ dolları olardı ki, bu da 3,900%-dən çox gəliri əks etdirir. Bunun əksinə olaraq, “S&P 500” indeksinə qoyulan 1000 dollarlıq bir investisiya eyni dövrdə 356.8% gəlir əldə edərdi və təxminən 4.568 dollar dəyərində olardı.

Eyni müddət ərzində “Netflix”in bazar dəyəri 5,7 milyard dollardan 279 milyard dollara yüksəlib.

“Netflix”in səhm qiyməti il birlikdə şirkətin özü də böyüyüb. Şirkət populyar bir əyləncə xidmətindən 190-dan çox ölkədə fəaliyyət göstərən dominant bir striminq platformasına çevrilib.

2011-ci ilin sonunda “Netflix”in 23,5 milyon abunəçisi olub. Hazırda isə şirkət təxminən 214 milyon abunəçisi olduğunu və növbəti rübdə daha 8.5 milyon əlavə etməyi gözlədiyini bildirib. “Netflix”in yaxın rəqibi “Disney Plus” sonuncu dəfə abunəçi sayının 116 milyon olduğunu qeyd edib.
12:29
21 oktyabr 2021
0 0 6
Top