USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Dünya Bankı: Qaz və kömür ucuzlaşacaq - PROQNOZ

Bakı, 22 oktyabr - BiznesMedia. Dünyada təbii qaz və kömür qiymətlərinin 2022-ci ilin əvvəlinə qədər yüksək səviyyədə qalacağı, lakin sonradan tədarükün məhdudlaşması azaldıqca və istehsal artdıqca qiymətlərin enəcəyi proqnozlaşdırılır.

Bu barədə Dünya Bankının əmtəə bazarları üzrə yenilənmiş hesabatında deyilir.

Məlumata görə, bunlara baxmayaraq, sözügedən enerji daşıyıcılarına olan qiymətlərin volatilliyinin əlavə sıçrayışları da istisna edilmir.

Hesabata əsasən, Avropada təbii qaz qiymətlərinin və Avstraliya kömürü qiymətlərinin 2022-ci ildə hər birinin 14%, 2023-cü ildə isə müvafiq olaraq daha 27% və 25% azalacağı proqnozlaşdırılır.

Hesabatda qeyd olunur ki, Asiya bazarında 2021-ci ildə artan qaz qiymətləri 2022-ci ildə nisbətən cüzi eniş nümayiş etdirəcək.
12:26
22 oktyabr 2021
0 0 2
Top