Rusiya Bankı bu il 6-ci dəfə uçot dərəcəsini artırdı
Bakı, 22 oktyabr - BiznesMedia. Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 0,75 faiz bəndi artırılaraq 6,75%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.
Bu barədə qurumun açıqlamasında bildirilir.
Xatırladaq ki, Rusiya Bankı bu il martın 19-da uçot dərəcəsini 4,25%-dən 4,5%-ə, aprelin 23-də 4,5%-dən 5%-ə, iyunun 11-də 5%-dən 5,5%-ə, iyulun 23-də 5,5%-dən 6,5%-ə, sentyabrın 10-da isə 6,5%-dən 6,75%-ə qaldırmışdı.
15:56
22 oktyabr 2021
0
0
4