USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“Microsoft”dan “gələcəyin” platforması –“Mesh” hazırlandı + VİDEO

“Microsoft” şirkəti insanların qarşılıqlı əlaqəsi üçün genişlənmiş və ya virtual reallıq platforması olan “Mesh”i təqdim edib.

BiznesMedia bu barədə şirkətin saytına istinadla xəbər verir.

“Mesh” platforması istifadəçilərə virtual avatar yaratmağa, zamanla isə fotoreal qoloqramdan istifadə etməyə kömək edəcək.

Bir-birindən uzaqda olan əməkdaşlar “Mesh” vasitəsilə virtual reallıqda müşavirələr keçirə biləcəklər. Dizaynerlər və mühəndislər virtual məkanda birgə işləmək imkanı əldə edəcəklər.

Həmçinin virtual platformadan tədrisdə də istifadə etmək olacaq. “Microsoft Mesh” platforması yaxın aylarda avatarlar üçün süni zəka əsasında tam alətlər dəsti, qarışıq reallıqda birgə həllərin yaradılması üçün seansların idarə edilməsini, məkan renderinqini, bir neçə istifadəçi arasında sinxronizasiya təqdim edəcək. 

“Mesh” platforması “HoloLens 2”, əksər virtual reallıq qarniturları, planşetlər, smartfonlar və PK də daxil olmaqla müxtəlif qurğularda əlçatan olacaq.

15:01
3 mart 2021
1 0 15
Top