USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Müxtəlif sahələrdə olan biznesi necə idarə etməli - VİDEO

Bakı, 7 iyul - BiznesMedia. Biznesə başlamaq üçün tələb olunan müəyyən məbləğin təmin olunması quracağınız işə görə dəyişir. Nə qədər minimum vəsait hesablansa da, müəyyən məbləğin olması vacibdir. 

Bu sözləri AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes”in qonağı  "Nənəmin evi" adlı 24 saat işləyən bağçanın qurucusu və rəhbəri, bununla yanaşı “Neko” geyim brendinin təsisçisi Səidə Quluzadə bildirib.

Onun sözlərinə görə, bu məbləğ təhsil və qida sistemində tamamilə fərqli hesablanır.

“Bildiyiniz kimi, daha əvvəl mənim qida sektorunda da müəyyən təcrübəm var idi. Bu sahələr bir-biri ilə bağlı olduğu qədər də fərqlidir. Hazırda işə başlamaq əvvəllə müqayisədə daha da rahatdır. Çünki artıq sosial media vasitəsi ilə dünyaya çıxa bilirsən. Uğurlara baxmaq yox, uğursuzluqlara baxmaq lazımdır. Bir işiniz alınmadıqda çox uzun müddət kədərlənmək əvəzinə bir gün özünə bunun üçün vaxt verib, sonra yola davam etmək lazımdır”, -  Səidə Quluzadə əlavə edib.

Müsahibənin tam mətni ilə AVTO FM-in "YouTube" kanalında tanış ola bilərsiniz:
14:34
7 iyul 2021
0 0 25
Top