USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Bizim işimiz sizin arzularınız üzərində qurulur – Aydın Fətəliyev/ VİDEO

Bakı, 12 iyul - BiznesMedia. Biz inşaatın ilk addımından başlayırıq. Planlaşdırma, memarlıq tərəfi, dizaynlar və bunların icrası. A-dan Z-yə qədər davam edirik. Sadəcə olaraq insanlara arzularının, xəyallarının gerçəkləşməsinə dəstək olmağa daha çox üstünlük veririk.

Bu sözləri AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes”-in qonağı memar-inşaatçı, "PlanA" MMC-nin təsisçisi və direktoru Aydın Fətəliyev şirkətlərinin gördüyü işlə bağlı məlumat verərkən bildirib.

Bizim işimiz sizin arzularınız üzərində qurduğunuz planlardan başlayır. Bərabər həyata keçirdiyimiz plan  təhvil verilənə qədər işin üzərində çalışırıq və müştərinin məmnuniyyətini dəyərləndiririk. Böyük göydələnlərin, körpülərin tikintisində tam yoxuq demək düzgün deyil. Bizim də bu sahələrdə atdığımız addımlar var. Həm plan şəklində, həm ideya şəklində bizim də bir neçə memarımızın ideyaları olub. Torpaqlarımızın azad olunmasından sonrakı mərhələlərdə biz də artıq bu sahədə daha da həvəsliyik. İstər ideya olaraq, istər tikili olaraq o torpaqlarda planlaşdırılacaq və tikiləcək hər bir işdə iştirak etməyi arzulayırıq. O işlərdə biz də öz töhfəmizi verməyi düşünürük".

Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz:
13:35
12 iyul 2021
1 2 42
Top