Bakı, 26 iyul - BiznesMedia. 2021-2023-cü illər üzrə Mərkəzi Bank tərəfindən rəqəmsal ödəniş strategiyası həyata keçirilir. Ölkəmizdə “Fintek” dediyimiz maliyyə terxnologiyalarının yaradılması istiqamətində işlər aparılır.
Bu sözləri AVTO FM radiostansiyasında yayınlanan “Danışır Biznes”in qonağı Azərbaycan Sahibkarlar Konfederasiyasının Menecment Komissiyasında Biznes-Transformasiya komitəsinin sədri, “United Payment Azerbaijan” şirkətinin təsisçisi Edqar Abdullayev kiçik, orta və böyük bizneslərin rəqəmsallaşmasından danışarkən bildirib.
“Bu gün rəqəmsal həlləri təqdim edəcək maliyyə texnologiyaları institutlarının rəsmi requlativ nəzarəti ilə bağlı işlərin görülməsinə ehtiyac var. Bizim öz şirkətimizin də təqdim etdiyi xidmətlərdən biri olan elektron cüzdan xidməti var. Bizim digər üstünlüyümüz “Fintek as the service”, yəni maliyyə texnologiyaları xidmət olaraq təqdim olunur. Biz xidmətimizi korporativ şirkətlərə vermişik. Ona görə bizi çox adam tanımır. Həm Azərbaycanda, həm Türkiyədə tanınmış şirkətlərlə işləyirik. Müştərilər həmin şirkətin mobil aplikasiyasından, cüzdanından istifadə edir”.
Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz: