USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Biznes layihələrinin reallaşdırılmasında ABB kartlarının rolu - VİDEOMÜSAHİBƏ

Bakı, 27 iyul - BiznesMedia. Regionlarda kiçik və orta biznes üçün çox geniş potensial var. Oradakı bizneslərin bank filialları ilə əlaqələri üçün yaxşı şərait yaradılıb. Bu potensial reallaşdırılır.

Bu barədə AVTO FM radiostansiyasında yayınlanan “Tam Vaxtı” verilişində ABB-nin mətbuat katibi  Yadigar Cəfərli media-tur zamanı jurnalistləri maraqlandıran əsas mövzulardan danışarkən bildirib.

“Regionlarda biznesə dəstək verən iqtisadi qurumlardan biri də bankların filiallarıdır. Müxtəlif biznes layihələrinin reallaşdırılmasında, onların ideyalarının həyata keçirilməsində hər zaman ABB-nin filialları da aktiv rol oynayıb”,- deyə Y.Cəfərli qeyd edib.

Verilişin digər qonağı olan ABB-nin Marketinq Departamentinin baş mütəxəssisi Könül Hilal ABB "Miles" kartların debet kartla yanaşı kredit funksiyası olduğunu bildirib.

“Qurban bayramı ərəfəsində debet kart olan  ABB "Mile"s kart həm də kredit funksiyalarını təqdim edib. Belə ki, artıq 15 min manata qədər məbləğdə kredit üçün bu kartlardan istifadə etmək mümkündür. Müştərilərimizə 60 günədək güzəşt müddəti verilib. Həmin müddət ərzində siz çəkdiyiniz vəsaiti geri qaytarsanız faiz hesablanmır”, - Könül Hilal əlavə edib.

Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz:

14:09
27 iyul 2021
0 0 14
Top