USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Türkiyədə yanğınlarla bağlı vəziyyət necədir? - MÜSAHİBƏ/VİDEO

Bakı, 4 avqust - BiznesMedia. Türkiyənin Antalya bölgəsində baş verən yanğın iyulun 28-dən indiyədək davam edir. Bu günə qədər yanğınlarda 8 insanın həyatını itirdiyi, minlərlə heyvanın tələf olduğu və hektarlarla ərazinin yandığı və yanmaqda davam etdiyi bildirilib.

Bu sözləri Avto FM-in təqdimatında “Tam Vaxtı” verilişinin qonağı, Azərbaycan Televiziyasının Türkiyəyə ezam olunmuş xüsusi müxbiri Leyla Abbasova deyib.

“Biz hazırda Türkiyənin Muğla bölgəsindəyik. Avqustun 3-də Azərbaycanın göndərdiyi ikinci dəstək qrupu ilə çatmışıq. Çox təəssüflə bildirirəm ki, şəhərə girdiyimiz andan etibarən havada tüstü qatı hökm sürür. Yanğın ilk olaraq Dənizli bölgəsində başlayıb və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal işə cəlb olunub. Səhər saatlarında yanğın söndürülüb”.

Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz:


12:24
4 avqust 2021
2 0 18
Top