“ABB Miles” kartları – Hansı üstünlükləri var? – MÜSAHİBƏ/VİDEO
Bakı, 6 avqust - BiznesMedia. “ABB Miles” kartları səyahət sevərlər üçün nəzərdə tutulub. İstifadəçilərin bu kartlarla etdikləri hər ödənişdə millər toplanır və onları səyahət zamanı istifadə etmək imkanı yaranır.
Bu sözləri Avto FM-in təqdimatında “Tam Vaxtı” verilişinin qonağı, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Faiq Pənahlı deyib.
“Millər kifayət qədər toplandıqdan sonra istifadəçilər onları dəyişərək səyahət biletləri və yaxud hotel rezervasiyaları üçün istifadə edə bilərlər. “ABB Miles” kartlarının üstünlüyü həm ölkə xarici, həm də daxili istənilən aviaşirkət və hotellərdə istifadə oluna bilməsidir. Kartlar müştərilərə 3 il müddətinə təqdim olunur. Nağdlaşdırma zamanı isə 15 min manatadək heç bir komissiya nəzərdə tutulmayıb”.
Əlavə məlumat və müsahibə ilə tam şəkildə AVTO FM-in "YouTube" kanalında tanış ola bilərsiniz: