USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Biznesə necə başlamaq lazımdır? - Multimilyonerlərdən tövsiyələr

Bakı, 17 avqust - BiznesMedia. Kris Halim və Reyna Lim 2016-cı ildə öz işlərindən istefa verərək “Style Theory” adlı kirayə geyim platforması biznesini qurduqda bu işin qazanacağı uğur haqqında heç bir təsəvvürə malik deyildilər.

Ancaq bir şeyi dəqiq bilirdilər: bazara ən qısa müddətdə məhsul çıxarmaq lazımdır.

"Startap qurucuları olaraq, xüsusən də başlanğıcda, hər hansı bir məhsulu təqdim etməzdən əvvəl o məhsulu mükəmməl dərəcəyə gətirmək, bütün xüsusiyyətlərə sahib olmaq və hər şeyi həddindən artıq planlaşdırmaq kimi çox güclü bir istək olur. Acaq öyrəndiklərimizə görə, bu, yanlışdır",-Kris Halim deyib.

Halim və həyat yoldaşı Lim Sinqapurda paltar kirayəsi biznesi qurmaq üçün xidməti az sayda istehlakçıya təqdim edərək biznesin maraqlarını ölçmək üçün gözləmə siyahısı yaratmaqla çox vaxt itirməyiblər.

Cütlük tələb artdıqca istifadəçi bazası və geyim kolleksiyasını genişləndirərək müştəri istəklərinə uyğunlaşıb.

Bu, sahibkarlara minimum tətbiq olunan məhsul  (MVP) qurmağı, daha sonra müştəri rəylərinə cavab olaraq tez bir zamanda test etməyi və təkrarlamağı tövsiyə edən "Sadə Başlanğıc” (The Lean Startup) kitabında da daxil olmaqla bir çox iş adamları tərəfindən paylaşılan məsləhətdir.

"Hər şeyə başlamağın ən yaxşı yolu, hər zaman minimum sərf etmək, ən qısa zamanda bazara çıxarmaq və sonra müştərilərin rəyini almaqdır. Müştərilərin rəylərinə əsaslanaraq, məhsulu təkrar edə və daha yaxşı hala gətirə bilərsiniz. Düşünürəm ki, bu, müştərilərin sevəcəyi bir məhsul qurmağın daha yaxşı bir yoludur",-Lim bildirib.

“Softbank”, “Alpha JWC” “Ventures” və “Paradise Group” da daxil olmaqla investorların 30 milyon dollarlıq dəstəyi ilə cütlüyün şirkəti indi Honq Konqda genişlənməyi və kişi və uşaq geyimləri də təqdim etməyi planlaşdırır.

“Sahibkarlıqda hər gün uğursuzluqlarla qarşılaşırsınız. Əsas vacib məsələ bundan sonra nə edəcəyinizə diqqət yetirməkdir. Gələcəyi qurmaq və bunu komandanızla birlikdə xəyal edərək fərqli bir şey yaratmağa çağırış etmək sizin əlinizdədir",- Reyna Lim qeyd edib.

Cütlük uğurlarla birlikdə müvəffəqiyyətsizliyi də qəbul etməyin vacib olduğunu bildirib.

Reyna Kim və Kris Halimin “Style Theory” adlı biznesi pandemiya səbəbindən böyük ziyan görüb və yeni xidmətlər təklif edilməsinə baxmayaraq, xidmət hazırda pandemiyadan əvvəlki istifadəçilərin yalnız 75%-ni bərpa edə bilib.

"Sahibkarlıqda hər gün uğursuzluqlarla üzləşilir, hər zaman səhv qərarlar verilir və hər şey sizin əlindədir. Növbəti addımda nə edəcəyinizə, səhvi necə düzəldəcəyinizə və sonrakı işi necə inkişaf etdirəcəyinizə diqqət yetirmək daha vacibdir", -Kris Halim vurğulayıb.
16:11
17 avqust 2021
1 0 7
Top