USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

İş axtaranın müsahibədə yalanını necə bilmək olar?

Bakı, 26 avqust - BiznesMedia. İş müsahibəsi zamanı hər birimiz özümüzün ən yaxşı tərəfimizi göstərməyə çalışırıq. Təəccüblü deyil ki, bir çox insan HR menecerin xoşuna gəlmək üçün öz bacarıqlarını şişirdir və ya yalan danışır. Yalanı necə üzə çıxarmağı və hansı hallarda onun yersiz olduğunu araşdıraq. 

“Interview Guys” internet saytı tərəfindən işçilər arasında keçirilən sorğu zamanı məlum olub ki, işçilərin əksəriyyəti CV-də öz bacarıqlarını şişirdiblər. Çox vaxt bacarıqlar, nailiyyətlər, güclü və zəif tərəflər, hətta əvvəlki iş yerində tutulan vəzifə də bəzədilir.

Namizədlər potensial işəgötürənə beş ildən sonra da bu şirkətdə çalışacaqlarını söylədikdə də kələk işlədirlər. Bundan əlavə, çox vaxt simpatiya və antipatiyalarını da şirkətin dəyərlərinə uyğunlaşdırmaq üçün şişirdirlər.

“Əmək bazarındakı rəqabəti nəzərə alaraq, bir çoxları digər iş axtaranlardan fərqlənmək üçün reallığı bəzəyirlər. Biz müəyyən etdik ki, potensial işçilərin 77% -dən çoxu işəgötürənin rəğbətini qazanmaq üçün öz bacarıqlarını şişirtməli olduqlarını hiss edirlər və demək olar ki, 65% -i yüksək tələbat olan vəzifəyə götürülmələri üçün öz CV -lərində bəzi yalan məlumatlar qeyd edirlər”, - deyə “The Interview Guys” şirkətinin baş direktoru və həmtəsisçisi Mayk Simpson billdirir.

Simpsonun sözlərinə görə, bunun əsas motivasiyası iş təklifi idi: “Yalan danışmaq işi əldə etmək üçün zəmanət versəydi, potensial əməkdaşların, demək olar ki, 83% -i CV verərkən yalan danışardı. Digər motivlər daha yüksək maaş, daha yaxşı bir mövqe qazanmaq şansı və ya potensial həmkarları ilə münasibətləri bərkitməkdir”. 

Müsahibə zamanı yalanın əlamətləri
İşə götürən meneccerlərin çoxu əmindir ki, həmsöhbətinin yalanını dərhal tuta bilər.

“Bu - namizədləri yoxlamaq və araşdırmaq onların işidir, buna görə də iş axtaranın işəgötürəni aldatma ehtimalı olduqca aşağıdır. İşə götürən menecerlərin təxminən dörddə üçü yalanı tuta bilir”, - deyə Simpson bildirib.

Namizədin yalanının əsas əlaməti konkret suallara cavab verməkdə bilik və bacarıqların olmamasıdır. 

“Sorğuda iştirak edən 10 işəgötürəndən 7 -dən çoxu bunun potensial işçinin yalan danışmasının əsas əlaməti olduğunu bildirib”,-deyə Simpson qeyd edir.

Digər əlamətlər arasında səs dəyişiklikləri, narahatlıq və ya cavablarda həddindən artıq detallar kimi sinir davranışı var. Yalan danışmaqla yanaşı, işəgötürəndə xoşagəlməz təəssürat yarada biləcək bir sıra davranış əlamətləri də var.

 “Bunlara keçmiş və indiki işəgötürənlər haqqında pis rəylər, mənfi və ya özünə həddindən artıq inam və olduqca çox detalı olan cavablar daxildir”, -  deyə Simpson əlavə edir.

Namizəd yalan danışırsa, nə etməli?
Ən geniş yayılan reaksiya işaxtaranı potensial namizədlər siyahısından çıxarmaqdır. Araşdırmalara görə, menecerlərin yarıdan çoxu belə namizədə dərhal imtina edəcək. Amma müsahibələrdə hamı bir qədər yalanla bəzək verirsə, nə etmək düzgündür?

Hər şey konkret haldan asılıdır. Simpson hesab edir ki, əgər insan işəgötürənin rəğbətini qazanmaq üçün şirkəti tərifləyirsə və ya korporativ dəyərlərə sadiq qaldığını şişirdirsə, buna göz yummaq olar. Lakin namizəd iş təcrübəsi haqqında yalan danışdığı hallarda işəgötürən ona dərhal qapını göstərəcək.

“Əslində müsahibədə və ya vakansiyaya cavab verilən zaman yalan danışmaq olduqca risklidir. Çünki yalan heç də həmişə əməkdaşın məhsuldarlığından xəbər vermir”, - deyə Simpson qeyd edir.

Hazırladı: Nigar Orucova

14:50
26 avqust 2021
1 0 43
Top