USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

16 yaşından bizneslə məşğul olan azərbaycanlı milyonçu - VİDEOMÜSAHİBƏ

"Uğur bir mexanizmdir. Mən bu mexanizmi 10 addım olaraq sıralamışam. Bununla bağlı saatlarla danışmaq olar. Lakin mən bu gün əsas olanlardan danışacağam".

Bu barədə AVTO FM radiostansiyasında yayınlanan “Nigarla günorta şousu” verilişində qonaq olan dünyanın 14 ölkəsində 9 biznes layihəsinə rəhbərlik edən Hüseyn İmanov öz uğur yolundan danışarkən bildirib.

“Birincisi, insan özünü dərk etməkdən başlamalıdır. İkinci olaraq, insan özünü meditasiya etməlidir. İdman və qida qəbuluna diqqət etmək üçüncü addıma aiddir. Mütəmadi idman etmək və yemək saatlarına diqqət etmək lazımdır. Dördüncü, addımda kitab oxumaq aiddir. Sosial şəbəkələrdə hər hansı bir pilləyə çıxan şəxsləri izləmək və onların həyat hekayələrindən də faydalanmaq lazımdır. Beşincisi, ilk addımdır. İlk addım çox adam üçün ən önəmli mərhələlərdən biridir. İlk addım 100 faizlik başarının 50 faizidir. Altıncı, əsasən biznesə aiddir. Biznesin planını qurub, onu strukturlara düzgün bölmək lazımdır”, - Hüseyn İmanov bildirib.  

Müsahibə ilə tam şəkildə AVTO FM-in "Youtube" kanalında tanış ola bilərsiniz:

18:59
27 avqust 2021
0 0 12
Top