USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Brendi necə tanıtmaq və baha satmaq olar?

Bakı, 31 avqust - BiznesMedia. Yanından məhəl qoymadan keçdiyimiz çox məhsul var. Lakin supermarket rəfində dərhal tanıdığımız və bunun üçün daha çox ödəməyə hazır olduğumuz məhsul da var. Bu, nədən asılıdır? Əlbəttə ki, brend imicindən. Brend imici nədir və onu necə dəstəkləmək olar? Gəlin bunu araşdıraq.

İmic nədir?
İmic əlavə dəyərdir. Sadəcə toyuq var və müəyyən brend altında daha bahalı və milyonlarla alıcının inamını qazanan toyuq var. Niyə belə olur?
Çünki brend tanınandır.  İstehlakçının beynində onun haqqında müəyyən fikir var və ona müəyyən əhval-ruhiyyə ilə yanaşır. Bax elə, bu, imicdir.
Brendin imici istehlakçıda doğurduğu duyğulardan ibarətdir. Müştəri brendə kədərli və ya əsəbi bir əhval-ruhiyyə ilə yanaşırsa, imic mənfi olur. Səhvləri bağışlamağa hazırsınızsa və brend adı şən və isti hislər oyadırsa, imic müsbətdir.

Brendlərə imic nə üçün lazımdır?

İmic yaxşı satılmaq üçün bütün brendlərə lazımdır. O, heç də həmişə pul məqsədi güdməsə də, həmişə satış məqsədlidir. Hətta xeyriyyə təşkilatları belə satışla məşğuldur. Lakin mal deyil, inam və cəmiyyətin maraqlarının təşviqini satırlar.


İmici birmənalı olaraq yaxşı və ya pisə bölmək olmaz. Bəzən brendlər qəsdən onlara sərf edən qalmaqal yaradırlar. Opponentlərinin çoxu və dövlət qurumları qalmaqal yaratmamaları üçün onlarla ehtiyatlı rəftar edirlər. 

Brendin özü isə bu imici qəsdən yaradıb: bu yolla o, özünü rəqiblərinin həmlələrindən sığortalayır. Əgər imic müştərinin biznes-məqsədini həll etməyə kömək edirsə, deməli, hər şey düzgün edilib. 

Brendlər imicini necə qorumalıdırlar?
1.Həmişə mediaməkanda olmaq lazımdır. Brendin uğuru daim işləməkdədir. O, yolunun başlanğıcında elan etdiyi imicini və digərlərindən fərqliliyini daim qorumalıdır. 

2.İstehlakçının beynində iki və ya üç sözdən ibarət müəyyən fikir formalaşdırın və hərəkətlərinizi onun təsdiqinə yönəldin. Məsələn, “Red Bull”. İçki içməyənlərin də beynində “Red Bull qanadlandırır” assosiasiyası yaranır. Marka bu mövqeyini reklamlarda, tədbirlərdə və auditoriya ilə ünsiyyətində saxlayır.

3.Çevik olmaq lazımdır. Əgər brend dünyanın reallığına cəld uyğunlaşa bilmirsə, o ayaqda qala bilməyəcək.

Məsələn, “Shell”. Onlar lider idilər. Onların benzini keyfiyyət və “Formula 1” mükafatları ilə assosiasiya olunurdu. Lakin zaman dəyişdi və sadəcə yaxşı benzin indi kifayət etmir. Belə ki, “Shell”in rəqibləri - WOG, KLO, OKKO şəbəkələri yaxşı kofe və restoranlardan tutmuş kimyəvi təmizləməyə qədər çoxlu sayda əlavə xidmətlər həyata keçirməyə başladılar. İnsanlar üçün yanacaqdoldurma məntəqələri artıq sadəcə benzin deyil. “Shell” reallığı qəbul etmirdi və çox ləng dəyişirdi. Beləliklə də liderliyini itirdi.

Struktur həmişə xaosa qəlib gəlir

Əlbəttə ki, aydın, başa düşülən və aktual ünsiyyət strategiyası olmadan imicin qorunması mümkün deyil. Bir müştəri üçün ünsiyyət strategiyası hazırladıqda, qlobal tendensiyaları öyrənirik, fərqli xüsusiyyətləri və mövqeyi olan strategiya hazırlayırıq və bir il üçün ətraflı fəaliyyət planı tərtib edirik.

Struktur həmişə xaosa qalib gəlir. Bunu brendin imicini tərtib edərkən yadda saxlamaq vacibdir. Uğurlu imici olan brendlər daim müştərinin “beynini araşdırır”, öz sahəsindəki dəyişiklikləri izləyirlər. Onları auditoriya həmişə dəstəkləyəcək, tanınacaqlar və satışları olacaq. Hamı da məhz buna can atır.

BiznesMedia üçün hazırladı - Nigar Orucova

15:26
31 avqust 2021
0 0 38
Top