USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

İşdən ayrılmaq vaxtının gəldiyini göstərən 6 əlamət

Bakı, 16 sentyabr - BiznesMedia. Son aylarda pandemiya şəraiti və ya başqa bir səbəbdən milyonlarla şəxs işini tərk edib. Bəziləri yeni iş tapır, digərləri isə heç bir iş tapmadan işdən çıxırlar. 

Bəs yeni iş axtarmaq vaxtının gəldiyini necə bilmək olar?

İşlə əlaqədar nə qədər problemlərin olduğunu qiymətləndirmək və nədən narazı qaldığınızı müəyyən etmək işdən çıxmaq vaxtının olub-olmadığını müəyyən etməyə kömək edə bilər.

Ancaq əsas məsələni gözdən qaçırmayın: "Pandemiyada bir çox gərginlik baş verdi, buna görə də hamımız çox tükənmişik. Bu dövrdə həyatımızda çoxlu streslər yaşadıq. Bütün bunlar işinizə dair fikirlərinizə təsir edə bilərmi?",-iş yeri mütəxəssisi və “Harvard Business Review”da köməkçi redaktor Eymi Qallo bildirib.

Bütün bunları bildikdən sonra problemlərin həll olunub-olunmaya biləcəyini düşünün və iş məmnuniyyətinizi artırmaq üçün hər hansı bir potensial həlli təsvir etməyə başlayın. Bu mümkün görünmürsə, başqa bir iş axtarmağa başlaya bilərsiniz.

Yeni iş tapmağın vaxtı gəldiyinə işarə edən bəzi əlamətlər bunlardır:

Özünüzü artıq inkişaf etmirmiş kimi hiss edirsiniz


Əgər inkişaf etməyə imkan olmadığını düşünürsünüzsə, işdə motivasiyalı və məhsuldar qalmaq çətindir.

Bu kimi hiss etmək hər bir insana fərqli görünə bilər. Məsələn, bu, vəzifə və maaş artımlarının olmaması, maraqsız vəzifələr və ya yeni bacarıqların öyrənilməməsi ola bilər.

Yeni vəzifə, əlavə təhsil və ya yeni işçilər kimi müdirinizin uzunmüddətli yerinə yetirilməyən vədləri də sizi sıxa bilər.

Müdirinizlə ciddi problemlər 


Müdirinizlə razılaşmadığınız vaxtlar həmişə olacaq, ancaq məsələlərin təsadüfi fikir ayrılıqlarından kənara çıxması və güvən və dəstəyin olmaması məhsuldarlığı və karyera yüksəlişini məhdudlaşdıra bilər.

“Dediklərinizə daim diqqət etmək məcburiyyətində olduğunuzu, tənqid edildiyinizi, nəzarət altında olduğunuzu və menecerinizin sizin tərəfinizdə olmadığını hiss edirsinizsə, bu, heç bir güvənin olmadığını göstərir. Bu üç şey mövcuddursa, heç bir şey alınmayacaq”, - “La La Vida” koçinq şirkətinin həmtəsisçisi, baş məşqçi Foram Şes deyib.

Həmişə prokrastinasiya edirsiniz


Hamımız hərdən bəzi şeyləri təxirə salırıq, ancaq əvvəllər daim planlaşdırdığınız iş tapşırıqlarını artıq yerinə yetirmək üçün son dəqiqəyə qədər gözləyirsinizsə, bu, ayrılmaq vaxtının siqnalı ola bilər.

"İnsanlar prokrastinasiya etdiyi zaman reaktiv olmağa və son dəqiqəyə qədər gözləməyə meyilli olur, bu da işin keyfiyyətini azaldır”,-Şes bildirib.

Mədəni əlaqə olmadıqda


Şirkətinizin mədəniyyəti məhsuldarlığınızda və xoşbəxtliyinizdə rol oynayır, buna görə də hər hansı bir əlaqənin kəsilməsi problem yarada bilər. Məsələn, iş-həyat balansı sizin üçün önəmlidirsə və günün bütün saatlarında müdirinizdən davamlı e-poçt axını varsa, bu tükənmənizə səbəb ola bilər.

Şes əməkdaşların işdə dəstəkləndiyini və təhlükəsiz hiss etməli olduğunu qeyd edib. Pandemiya zamanı şirkətlərin işçilərin ehtiyaclarına necə cavab verməsi insanların işlərini tərk etmək qərarına gəlmələrində böyük rol oynayıb: "Şirkətiniz sizə bu dəstək sistemini verməyibsə, insanlar bu səbəbdən ayrılır".

Digər potensial imkanları görürsünüz


İnsanlar mövcud mövqeyindən məmnun olmadığı zaman digər imkanları daha tez-tez fərq etməyə başlayır.

Özünüzdən soruşun: Əgər işsiz olsanız və hazırkı işiniz olduğu kimi sizə təklif olunsaydı, bunu qəbul edərdiniz, yoxsa axtarmağa davam edərdiniz?

Rəftarınız artıq dəyişib


İş yerində narazılıqlar artırsa, buna diqqət edin.

"Aylar boyu işinizin fərqli cəhətlərindən narazı qaldığınızı, işə gedərkən kefsiz olduğunuzu, kompüterinizin arxasında oturduğunuz zaman "bunu etməli olduğuma inana bilmirəm" deyə düşündüyünüzü fərq edirsinizsə, bu, başqa iş axtarmağın lazım olduğuna işarədir",-Qallo bildirib.

Şes sizdən iş yerində həmişə xoşbəxt olmağınız gözlənilməsə də, hər zaman müdafiəli olmağınızı və məhdud məlumat verən cavablar verməyin də xəbərdarlıq işarələri ola biləcəyini bildirib. 

İşə münasibət və yanaşmanızda dəyişikliklər də hər şeyi yenidən düşünməyin vaxtının gəldiyini bildirən bir göstəricidir.

Mirvari Əzizbəyli

14:31
16 sentyabr 2021
0 0 117
Top