USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

"TikTok"dan 14 yaşdan kiçik uşaqlar üçün məhdudiyyət

Bakı, 20 sentyabr - BiznesMedia. "TikTok"un Çin versiyası olan "Douyin" 14 yaşdan aşağı olan istifadəçilərinə zaman məhdudiyyəti gətirəcək. 14 yaşından aşağı olan istifadəçilər tətbiqə gündə 40 dəqiqədən artıq vaxt sərf edə bilməyəcək.

"ByteDance" 14 yaşından kiçik istifadəçilərin "Douyin"ə 06:00-22:00 saatları arasında girə biləcəklərini və bu müddət xaricində tətbiqdən istifadə edə bilməyəcəklərini açıqlayıb.

Bu məhdudiyyətə səbəb həmin istifadəçilərin gizli reklam və uyğunsuz məzmunlardan qorumaq üçün nəzərdə tutulub.

Qaydalar, 14 yaşdan az təsdiqlənmiş həqiqi adı olan istifadəçilərə şamil ediləcək. Şirkət valideynlərə uşağının əsl ad doğrulama prosesini tamamlaması və yeni məhdudiyyət rejimini aktiv etməsi üçün müraciət göndərib.

12:45
20 sentyabr 2021
0 0 7
Top