USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

CV-də pandemiya ilə əlaqəli boşluğu necə həll etmək olar?

Bakı, 21 sentyabr - BiznesMedia. Məşğulluq fasilələri ənənəvi olaraq işə götürən menecerlərə xoş görünməsə də, mövcud vəziyyəti nəzərə alaraq fasilə verməkdən çox narahat olmamalısınız.

"Bu barədə narahat olmayın. Bu, daha çox boşluğu necə idarə etməyinizə və nə etməli olduğunuza bağlıdır. Elə bir kollektiv, qlobal və misli görünməmiş bir vəziyyətlə qarşılaşmışıq ki, daimi işlədiyiniz dövrdə boşluğunuz varsa, tək deyilsiniz",-“Monster” iş saytının karyera mütəxəssisi Viki Salemi bildirib.


Məsələyə toxunmağa hazır olun

İşə götürən və ya işə götürmə meneceri işləmədiyiniz dövrü soruşsa, qısa cavab verin.

"Güman edin ki, soruşacaqlar. Baş verənləri və daha da əhəmiyyətlisi, müraciət etdiyiniz vəzifə üçün niyə güclü namizəd olduğunuzu bildirməyə hazır olun",-Salemi qeyd edib.

O, belə bir şey söyləməyi təklif edib: “Mən xidmət sahəsində çalışırdım və bildiyiniz kimi, sənayedə ciddi problemlər yarandı və buna görə də bir qədər fasilə verdim”.

Əsas odur ki, cavabınız hazır olsun.

"Bu mövzuda özünüzə güvən olsun. Özünüzə güvənmək üçün təcrübə lazım ola bilər. Kədərlənmək, utanmaq və ya narahat olmaq lazım deyil, təsadüfən qarşıdakı şəxsə bu şəkildə görünmək istəməzsiniz",-"Your Personal Career Coach" kitabının həmmüəllifi, karyera strategiyaçısı Kristi Noel deyib.

Boşluğu başqa bir şeylə doldurun


Əlavə təhsil, təlim və sertifikatlaşdırma kursları, şəbəkə qurma və ya könüllülük kimi əmək bazarından kənarda gördüyünüz işləri qeyd edə bilərsiniz.

“CV-də hər bir işin ödənişli olması məcburi deyil. Əgər gördüyünüz iş müraciət etmək istədiyiniz işə aiddirsə, bunu da daxil edin",-Noel qeyd edib.

Məsələn, bir kommersiya təşkilatı üçün könüllü olaraq marketinqlə məşğul olmusunuzsa və bu sahədə iş axtarırsınızsa, bunu təcrübə olaraq əlavə etmək mümkündür.

Hər bir müraciət üçün tərcümeyi-hal və iş məktubunu hazırlamağa vaxt ayırın. Bu, vakansiya mətnindəki açar sözlərdən istifadə etmək, işinizin xüsusi nəticələrini detallaşdırmaq və işə götürənin verə biləcəyi sualları cavablandırmaq deməkdir.

Neqativ olmayın

Bunun fərqli bir yolu yoxdur: son 18 ay çətin keçdi. Ancaq keçmişə fokuslanmamağa çalışın.

"Neqativ olmaqdan çəkinin. Bəzən bir çox insan işsiz olduqları və pandemiyanın çox stresli olması səbəbindən müsahibələrə mənfi əhval-ruhiyyə ilə gəlir",-Karyera məşqçisi və “CaffeinatedKyle.com” saytının qurucusu Kayl Elliott bildirib.

Bunun əvəzinə, niyə vakansiya ilə maraqlandığınızı izah etməyə və bacarıq və keyfiyyətlərinizi ətraflı izah etməyə diqqət yetirin.

"Köhnə işəgötürəniniz haqqında mənfi danışmayın. Gələcəyə fokuslanmağınıza maneə törədəcək qədər keçmişə fikir verməyin. Həvəsli və pozitiv olduğunuzu göstərin",-Salemi vurğulayıb.

BiznesMedia üçün hazırladı - Mirvari Əzizova
15:10
21 sentyabr 2021
0 0 23
Top