Bakı, 22 sentyabr - BiznesMedia. Çinin ağıllı telefon istehsalçısı "Oppo" telefonların yanına kamera əlavə etmək üçün yeni patent alıb.
"Oppo"nun yan kamera yerləşdirməsinin
məqsədi, hərəkət edən cisimləri qaçırmamaqdır. Məsələn, hərəkət edən çəkilişlərdə
arxa sensorun baxış nöqtəsindən çıxan cisim güzgü hərəkəti ilə yan sensorun
baxış nöqtəsinə daxil olur.
Beləliklə, güzgü sistemi ilə fərqli
sensorlar istifadə etmək əvəzinə daha geniş bir baxış bucağı əldə edilə bilər.
Qeyd edək ki, yan kamera texnologiyasına
sahib smartfon yoxdur. "Oppo"nun patent görüntüləri bunun tezliklə
gerçəkləşəcəyini göstərir.