Bakı, 01 oktyabr - BiznesMedia. "Facebook" gələcəkdə bütün platformaları birləşdirməyi planlaşdırır.
Mark Zukerberq bununla bağlı
açıqlamasında bildirib.
"Facebook" CEO-sunun
açıqladığı yeni planda "Facebook Messenger", "WhatsApp" və
"Instagram" xüsusiyyətlərini bir yerə toplayacaq platforma qurulması
nəzərdə tutulur. Bu üç platformanın hər birində mesajlaşma tətbiqi qalacaq.
Qeyd olunan yeniliklə həmin tətbiqlərdən digərlərindən istifadə edən
dostlarımıza da rahatlıqla mesaj göndərə biləcəyik.
Belə ki, "İnstagram" və ya
"WhatsApp"a mesaj yazmaq üçün "Facebook"dan çıxmağa ehtiyac
qalmayacaq. Eləcə bütün sosial mesencerlərdən digərlərinə yazmaq mümkün olacaq.