Haqqımızda

"BiznesMedia" xəbər saytı iqtisadi, maliyyə, analitik materiallar, rəy və proqnozlar, tematik məqalələr, maliyyə bazarı haqqında operativ məlumatları təqdim edir. Azərbaycanın ən iri iş adamları ilə maraqlı müsahibələr, qiymətli kağızlar bazarı və birjalardakı dəyişikliklərə dərhal reaksiya verən analitik materiallar hazırlayır.

Mənbələrimiz dövlət orqanları, iri Azərbaycan və beynəlxalq maliyyə institutları, birja, banklar, investisiya, sığorta və turizm şirkətləri, qiymətli kağızlar bazarının emitetləri, xarici informasiya agentlikləridir.

Hədəfimiz kontent və funksionallıq baxımından bazarda yeni brend olmaq və tədricən ekspert imici qazanmaq, internetə çıxışı olan hər kəsin daxili və qlobal bazarla bağlı informasiyaya ehtiyacını ödəməklə yanaşı, xüsusi maraq əhatəsi olan mövzularda bir platformada çıxış etmək, peşəkar iqtisadçıları öz ətrafına toplayan platformaya çevrilməkdir.

Auditoriyamız qlobal iqtisadi hadisələr zamanı internetə çıxışı olan hər kəs, iqtisadi sahədə fəaliyyət göstərən dövlət strukturları, ölkənin iqtisadi sektorunda çalışan oxucu kütləsi, iqtisadiyyatla maraqlanan tələbələrdir.

Top