USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

ABŞ Konqresi dövlət borcunun limitinin artırılmasını təsdiqləyib

Bakı, 13 oktyabr - BiznesMedia. Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası Maliyyə Departamentinin dekabrın 3-dək xərcləri qarşılayacaq dövlət borcunun yuxarı limitinin artırılmasını təsdiqlədi. Limit 480 mlrd. dollar artırılacaq.

Ötən həftə analoji təşəbbüs ABŞ Senatı tərəfindən göstərilib. Layihə imzalanmaq üçün Prezident Co Baydenə göndəriləcək.

Bundan öncə Bayden bu məsələnin gecikdirilməsinin dolların dünyanın ehtiyat valyutası statusuna da zərər verəcəyini bildirmişdi.

Xatırladaq ki, dövlət borcunun limitinin artırılması ABŞ-ın ümumi dövlət borcumu təxminən 28,9 trln. dollara çatdıracaq.

Partiyaların dövlət borcunun yuxarı limitinin artırılması barədə razılığa gəlməsə idilər, ABŞ-da maliyyə böhranı baş verə bilərdi.
15:17
13 oktyabr 2021
0 0 3
Top