USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir

Bakı, 13 oktyabr - BiznesMedia.“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlara malik olan şəxslərin daşınmaz əmlaka dair texniki sənədlərindən dövlət rüsumu tutulmayacaq.

Layihə parlamentin oktyabrın 15-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.

16:00
13 oktyabr 2021
0 0 3
Top