USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

“Netflix” ən çox izlənən yeni şousunu açıqladı

Bakı, 13 oktyabr - BiznesMedia. “Netflix” Cənubi Koreya şousu olan “Squid Game”in ilk ayında 111 milyon tamaşaçı toplayaraq “Bridgerton”ı üstələdiyini və bununla da platformanın ən çox izlənilən yeni şousu olduğunu bildirib.

Striminq nəhəgi şounun 17 sentyabrdan etibarən bütün dünyada 111 milyon tamaşaçı cəlb edərək bütün zamanların ən böyük serialı olduğunu qeyd edib.

Şirkətdən verilən məlumata görə, bu, ilk ayda 100 milyon tamaşaçı toplayan ilk “Netflix” şousudur. Serial ilk 28 gündə 82 milyon şəxsin izlədiyi "Bridgerton"ın rekordunu asanlıqla qırıb.

Qeyd edək ki, “Netflix”in izlənmə sayı bir şounu ən azı iki dəqiqə izləyən hesablara əsaslanır, buna görə də neçə nəfərin serialı tam olaraq izlədiyi bilinmir.

“Squid Game”də nümayiş olunan Koreya konfeti “Dalgona” və ağ “Vans” idman ayaqqabıları kimi əşyaların satışı serialın təsiri ilə sürətlə artıb.
16:36
13 oktyabr 2021
0 0 7
Top