USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Bu ay Azərbaycana 99 000 doza vaksin gətiriləcək

Bakı, 13 oktyabr - BiznesMedia. Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir.

Həmçinin bildirilib ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Azərbaycan Özbəkistan, Bosniya və Herseqovina, Tacikistan və Qırğızıstana humanitar yardım kimi 170 000 doza “AstraZeneca” vaksini göndərib.
17:10
13 oktyabr 2021
0 0 5
Top