USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Qeyri-OPEC ölkələri maye karbohidrogenlərin hasilatını artıracaq - PROQNOZ

Bakı, 13 oktyabr - BiznesMedia. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2021-2022-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

OPEC-in aylıq hesabatına əsasən, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,64 mln. barel səviyyəsində olacağı ehtimal edilir, bu da öncəki proqnozla müqayisədə 0,21 mln. barel azdır.

Hesabata əsasən, 2022-ci ildə sözügedən göstəricinin 66,66 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da sentyabr ayında verilən proqnozla müqayisədə 0,13 mln. barel azdır.

Beləliklə, 2022-ci ildə qeyri-OPEC ölkələri üzrə hasilat cari ilin proqnoz göstəricisi ilə müqayisədə 3,02 mln barel və ya 4,74% artacaq. Bu il isə artım tempinin 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,66 və ya 1,05% səviyyəsində olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, 2020-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik ortalama neft və digər maye karbohidrogenlərin hasilatı 62,98 mln. barel təşkil edib.
19:44
13 oktyabr 2021
0 0 2
Top