USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Fond bazarlarının əsas indeks göstəriciləri

Bakı, 14 oktyabr - BiznesMedia. Oktyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,01% – 34,377.81 bəndədək enib, S&P 500 indeksi 0,30% – 4,363.80 bəndədək, Nasdaq indeksi isə 0,73% – 14,571.64 bəndədək yüksəlib.

Avropa fond bazarlarında oktyabrın 13-də FTSE 100 indeksi 0,16% – 7,141.82 bəndədək, Fransanın CAC-40 indeksi 0,75% – 6,597.38 bəndədək, Almaniyanın DAX indeksi isə 0,68% – 15,249.38 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,13% azalaraq 1 792,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,04% azalaraq 1,1591 dollar təşkil edib.
09:26
14 oktyabr 2021
0 0 1
Top