USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1774,52 $ GÜMÜŞ 23,446 $ BREND 84,42 $ AZERI LIGHT 84,90 $ BITCOIN 62404,2 $

Bu il Çində ən çox satılan 15 elektrikli avtomobil modeli

Bakı, 14 oktyabr - BiznesMedia. İlin ilk üç rübünün sənaye məlumatlarına görə, Çində ən çox satılan elektrikli avtomobil modellərinə görə “Tesla” avtomobillərindən ikisi ilk üçlükdə sıralanıb.

Çin Minik Avtomobili Assosiyasiyasının (China Passenger Car Association) açıqladığı məlumatlara görə, bu, “Xpeng” və “Nio” kimi startap rəqiblərindən xeyli qabaqdadır.

Assosiyasiyanın 2021-ci ilin ilk üç rübü üçün hazırladığı Çində ən çox satılan 15 yeni enerji avtomobillərinin siyahısını təqdim edirik:

1. Hongguang Mini (SAIC-GM-Wuling)
2. Model 3 (Tesla)
3. Model Y (Tesla)
4. Han (BYD)
5. Qin Plus DM-i (BYD)
6. Li One (Li Auto)
7. BenBen EV (Changan)
8. Aion S (GAC Motor spin-off)
9. eQ (Chery)
10. Ora Black Cat (Great Wall Motor)
11. P7 (Xpeng)
12. Song DM (BYD)
13. Nezha V (Hozon Auto)
14. Clever (SAIC Roewe)
15. Qin Plus EV (BYD)

Minik avtomobilləri assosiasiyasına görə, İlon Maskın avtomobil istehsalçısı Çində bu üç rüb ərzində 200.000-dən çox elektrikli avtomobil satıb. Bunlardan 92.933-ü “Model Y”, 111.751-i isə “Model 3” olub.

Qeyd edək ki, ötən ildə “Tesla”nın gəlirinin təxminən beşdə birini Çin bazarı təşkil edib.
12:15
14 oktyabr 2021
0 0 2
Top