USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycanda koronavirusa yoluxanların son STATİSTİKASI

Bakı, 18 oktyabr - BiznesMedia.Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib, aktiv xəstə sayı 17862 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 153, ötən müddət ərzində isə ümumilikdə 5 032 555 test aparılıb.
18:32
18 oktyabr 2021
0 0 3
Top