USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Dövlət büdcəsində yaranmış profisit məbləği

Bakı, 19 oktyabr - BiznesMedia. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 871,6 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5% azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, dövlət büdcəsinin xərcləri isə 17 711,9 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5% çoxdur.

Beləliklə, ölkənin dövlət büdcəsinin profisiti 159,7 mln. manat təşkil edib.

12:20
19 oktyabr 2021
0 0 3
Top