USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Nasistlərin ələ keçirdiyi Van Qoq rəsmi hərraca çıxarılacaq – FOTO

Bakı, 19 oktyabr - BiznesMedia. Vaxtılə nasistlər tərəfindən ələ keçirilən Vinsent van Qoq əsəri hərraca çıxarılacaq.

"Meules de blé" (Buğda yığınları) adlanan əsər məhsul yığımı zamanı Fransanın Arl şəhərində tarlalarda işləyən qadınları təsvir edir. Van Qoq səhnəni səhhətinin pis olduğu bir vaxtda, 1888-ci ildə çəkib.

Akvarel boyadan istifadə edilmiş rəsmin təxminən 30 milyon dollara satılacağı gözlənilir.

“Buğda yığınları” İkinci Dünya Müharibəsinin başlanmasından sonra İsveçrəyə qaçan Miriam Karolin Aleksandrin de Rotşildin əlinə keçib. Nasistlər Fransanın işğalı zamanı Rotşildin kolleksiyasını talan edərək əsəri götürüblər.

Rəsm 1941-ci ildə nasistlər tərəfindən “Jeu de Paume” muzeyinə təhvil verilib. 1978-ci ildə ilk dəfə Nyu-Yorkdakı “Wildenstein & Co.” qalereyası tərəfindən, daha sonra isə texaslı neft maqnatı və sənət kolleksiyaçısı Edvard Lokric Koks tərəfindən satın alınıb. “Christie's” hərrac evinin məlumatına görə, "Buğda yığınları" Pol Sezan və Klod Mone də daxil olmaqla digər məşhur rəssamların rəsmlərini ehtiva edən kolleksiya satışının bir hissəsidir.

Nəzərə çatdıraq ki, rəsm sonuncu dəfə ictimaiyyətə 1905-ci ildə Amsterdamdakı Stedelijk Muzeyində nümayiş olunduğu zaman göstərilib.

13:17
19 oktyabr 2021
0 0 6
Top