USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Nazir təsdiqlənmiş faiz subsidiyasının məbləğini açıqladı

Bakı, 19 oktyabr - BiznesMedia. Ötən ilin iyun ayından bu ilin oktyabr ayınadək kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı 6 007 müraciət daxil olub və bunlardan 4 849-na subsidiya verilməsi barədə müsbət qərar qəbul edilib.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

"Təsdiqlənmiş faiz subsidiyasının məbləği 61,7 milyon manatdır", - o qeyd edib.
15:10
19 oktyabr 2021
0 0 4
Top