USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

BVF Azərbaycanın dövlət borcu üzrə proqnozunu yaxşılaşdırıb

Bakı, 19 oktyabr - BiznesMedia. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.

Bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.

Qeyd edək ki, ötən aprel proqnozunda Fond dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in müvafiq olaraq 30,9%-nə və 31,4%-nə bərabər olacağını güman edirdi.

Xatırladaq ki, cari ilin iyulun 1-nə Azərbaycanın məcmu dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in təxminən 21,6%-ni təşkil edib.

Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında Azərbaycanın ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləndiyi deyilir.
16:39
19 oktyabr 2021
0 0 2
Top