USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Ölkədə son sutkada 15 nəfər koronavirusdan vəfat edib

Bakı, 19 oktyabr - BiznesMedia. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2102 yeni yoluxma faktı qeydə alınıb, 863 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 505554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 479675 nəfər müalicə olunaraq sağalıb, 6793 nəfər vəfat edib, aktiv xəstə sayı 19086 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12189, ötən müddət ərzində isə ümumilikdə 5044744 test aparılıb.
16:50
19 oktyabr 2021
0 0 4
Top