USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

Bakı, 19 oktyabr - BiznesMedia. Bu ilin oktyabrın 1-nə Azərbaycan üzrə uçotda olan 1 301 903 vergi ödəyicisinin 1 143 366-sı və ya 87,8%-i fiziki şəxs, 158 537-si və ya 12,2%-i hüquqi şəxs və digər təşkilatlar olub.

Dövlət Vergi Xidməti xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 9,5% artıb ki, artım 91%-i fiziki şəxslərin, 9%-i hüquqi şəxslərin hesabına formalaşıb. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması, əsasən, kommersiya qurumları hesabına baş verib (98,8%). Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 88,5%-i məhdud məsuliyyətli cəmiyyət, 1,5%-i səhmdar cəmiyyət, 1,3%-i kooperativ və s. təşkilati-hüquqi formasındadır.

Yanvar-sentyabr aylarında 8 628 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,7% çoxdur. Həmin qurumların 82,9%-i elektron qaydada, 17,1%-i isə kağız daşıyıcılarında müraciətləri əsasında qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,5 % təşkil edib.
17:24
19 oktyabr 2021
0 0 5
Top