USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Rusiya Bankı bu il 6-ci dəfə uçot dərəcəsini artırdı

Bakı, 22 oktyabr - BiznesMedia. Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası uçot dərəcəsinin daha 0,75 faiz bəndi artırılaraq 6,75%-dən 7,5%-ə çatdırılması barədə qərar qəbul edib.

Bu barədə qurumun açıqlamasında bildirilir.

Xatırladaq ki, Rusiya Bankı bu il martın 19-da uçot dərəcəsini 4,25%-dən 4,5%-ə, aprelin 23-də 4,5%-dən 5%-ə, iyunun 11-də 5%-dən 5,5%-ə, iyulun 23-də 5,5%-dən 6,5%-ə, sentyabrın 10-da isə 6,5%-dən 6,75%-ə qaldırmışdı.
15:56
22 oktyabr 2021
0 0 2
Top