USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Azərbaycanda koronavirusa yoluxanların SON STATİSTİKASI

Bakı, 22 oktyabr - BiznesMedia. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib. 22 549 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, bu günə qədər isə ümumilikdə 5 081 920 test icra olunub.
17:46
22 oktyabr 2021
0 0 5
Top