USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

66 milyon illik dinozavr skeleti 7,7 milyon dollara satıldı

Bakı, 23 oktyabr - BiznesMedia. Dünyanın indiyə qədər tapılan ən böyük Triseratops skeleti hərracda satılıb.

"Böyük Con" ləqəbli, 66 milyon illik fossil hərracda 7,7 milyon dollara satılıb və bu, 1,7 milyon dollarlıq satış təxminini dəfələrlə üstələyib.

Satış Parisdəki “Drouot” hərrac evində baş tutub və "Böyük Con" meteorit və digər təbii tarixi əsərlər ilə birlikdə təqdim edilib.

Nəzərə çatdıraq ki, skelet ilk dəfə Cənubi Dakotada geoloq Volter Stein Bill tərəfindən 2014-cü ildə aşkar edilib. Dinozavrın hazırda Alyaska ilə Meksika arasında uzanan nəhəng, qədim qitə olan Laramidiyada yaşadığı güman edilir.

Qeyd edək ki, Onurğalılar Paleontologiyası Cəmiyyəti (SVP) satışla bağlı hərrac evinə narahatlıqlarını dilə gətirib:

"Fosil nümunələrinin şəxsi əllərə satılması elmin onları potensial olaraq itirməsi deməkdir. Elm adamları üçün əlçatan olsalar belə, xüsusi mülkiyyətdəki nümunələrdə olan məlumatlara və onların gələcəkdə əldə olunmasına zəmanət verilə bilməz və buna görə də, elmi iddiaların (elmi tərəqqinin mahiyyəti) yoxlanılması həyata keçirilə bilməz."
12:21
23 oktyabr 2021
0 0 3
Top