USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“Nissan” avtomobil istehsalını 30 % azaldır

Bakı, 23 oktyabr - BiznesMedia. Yaponiyanın avtomobil istehsalçısı – “Nissan” oktyabr və noyabr ayları üçün planlaşdırılan istehsal həcmlərini 30 % azaldır.

Buna səbəb yarımkeçirici çiplərin kəskin çatışmazlığıdır. Şirkət iki ay ərzində 583 min avtomobil istehsal etməyi planlaşdırır.

Xatırladaq ki, qlobal çip böhranına görə dünyanın aparıcı şirkətləri avtomobil istehsalını dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalıblar. Belə ki, “Toyota Motor Corp” noyabrda avtomobil istehsalını 15 % azalacağını bəyan edib.
13:35
23 oktyabr 2021
0 0 9
Top