USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Sürətlə yayılan “Clubhouse”un əsas təhlükələri SADALANDI

Rusiyanın Keyfiyyətə Nəzarət Sistemi (Roskaçestvo) “Clubhouse” tətbiqetməsinin Android platformada çalışan cihazlar üçün yaradılmış klon versiyasının törətdiyi əsas təhlükələri açıqlayıb.

BiznesMedia-nın “Roskaçestvo”ya istinadla verdiyi xəbərə görə, tətbiqetmənin hələlik yalnız IOS platformasında olması səbəbindən, Android platformasında işləyən cihazlara quraşdırmaq mümkün deyil. Bu səbəbdən dələduzlar Android platforması üçün tətbiqetmənin klon versiyasını hazırlayıblar

“Roskaçestvo” bildirir ki, danışıqların qeydə alınması, kontaktlara giriş, saxta dəvət klon versiyanın təhlükəsizlik üçün yaratdığı əsas təklükədir.

Sistemin məlumatına görə, tətbiqetməni cihazda quraşdıran zaman kontaktlara giriş təklif edir, sonra isə kontakt siyahısındakı şəxslərin də tətbiqetməyə dəvət olunmasını təklif edir, lakin istifadəçinin sistemdə bölüşdüyü şəxsi məlumatların silinməsi funksiyası hələ ki yoxdur. 

Eyni zamanda klon “Clubhouse” yeni istifadəçilər qeydiyyatdan keçərkən, onun  kontakt siyahısında olanlara “push”-bildiriş göndərir və şəxsi söhbət xanası açmağı təklif edir. Həmçinin ekspertlər qeyd edirlər ki, tətbiqin sosial əlaqələr haqqında hansı məlumatları və hansı şəkildə saxladığı da müəmmalıdır.

“Clubhouse” hələlik yalnız IOS platformasında olduğu üçün, dələduzlar Androidlərdə onun klonlarını hazırlaya bilərlər ki, bunlar da mobil oyun, layihələrin menecmenti tətbiqi və ya hətta virus da daxil olmaqla istənilən şey ola bilər.

Həmçinin fırıldaqçılar, “Clubhouse”un istifadəçisi olmaq üçün labüd olan  invaytdan (dəvət) öz mənafelərinə uyğun istifadə etməyi öyrəniblər. Buna misal olaraq “Roskaçestvo” internet meydançalarında saxta dəvətnamələrin satışı üçün reklamları göstərib ki, bunun da əsas məqsədi saxtakarlığın qurbanlarından pul çəkməkdir.

“Clubhouse” yaratdığı digər təhlükə isə danışıqların qeydə alınmasıdır ki, bunlar da üçüncü şəxslərin əlinə keçə bilər.

“Düzdür, sosial şəbəkənin formal olaraq qaydalarına görə, istifadəçinin yazılı razılığı olmadan onun apardığı danışıqlar qeydə alına bilməz, lakin servisin məxfilik siyasətində “Clubhouse”a təhlükəsizlik nöqteyi-nəzərindən otaqlardakı danışıqları yazmağa və onları bir müddət saxlamağa imkan verən bənd var. Buna görə də qapalı otaqlardakı bu danışıqlar həm haker hücumları nəticəsində internetə sıza bilər, həm də istifadəçilərin özləri tərəfindən də kənar tətbiqlər vasitəsilə paylaşıla bilər”, - deyə “Roskaçestvo”nun ekspertləri bildirirlər. 

Bütün bu qeyd edilənlər onu göstərir ki, hazırkı məqamda “Clubhouse” təhlükəsizliyin baza prinsiplərinə tam cavab vermir. Şəbəkə yeni yaranıb və sürətlə inkişaf edir. Bəlkə də ən yaxşı həll “Zoom”dakı kimi bütün problemlər tam aradan qaldırılana qədər gözləməkdir.

14:10
25 fevral 2021
1 0 30
Top