USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Ən gənc milyarderlərin reytinqində lider dəyişdi - Cenner kənarda qaldı

Biznes jurnalı “Forbesi”in tərtib etdiyi 2021-ci ilin ən gənc milyarderi siyasına 18 yaşlı Kevin David Lemann liderlik edir.

BiznesMedia xəbər verir ki, onun sərvəti 3,3 milyard dollar məbləğində dəyərləndirilir.

“Forbes” qeyd edir ki, Lemann birinci pilləni atasının “Drogerie Markt” alman apteklər şəbəkəsinin səhmlərinin 50%-ni rəsmi olaraq miras aldıqdan sonra tutub. Atası Günter Lemann oğluna payını onun 14 yaşı olduqda ötürüb. Lakin Kevin 18 yaşınadək bu payı idarə edə bilmirdi.

Ən gənc “self-made” (özü qazanan-red.) milyarder isə “Forbes”in reytinqinə əsasən sürücüsüz avtomobillər üçün lidar tərtib edən “Luminar” şirkətinin təsisçisi və rəhbəri Ostin Rassell oldu. O, startapını 17 yaşında yaradıb, ötən il isə şirkətin səhmləri SPAC-şirkəti ilə birləşmə sayəsində (special purpose acquisition company — sırf digər qeyri-publik şirkətin birjaya çıxarılması üçün yaradılan publik şirkət— “Forbes”.) “Nasdaq”da yerləşdirilib.

Rassell “DoorDash”ın 28 yaşlı həmtəsisçiləri Endi Fanq və Stenli Tanla bərabər bu il ilk dəfə “Forbes”ə düşən 30 yaşınadək olan "self-made" milyarderlərdən biridir. Onların hər birinin sərvətinin 2 milyard dollar məbləğində dəyərləndirilir. “DorDash” 2013-cü ildə təsis edilib və 2020-ci ilin sonunda IPO keçirib. Birjaya çıxarılmanın ilk günündə şirkətin kapitallaşması təxminən 72 milyard dollar təşkil edib.

Qeyd edək ki, ötən il ən gənc milyarder Kayli Cenner hesab olunurdu. Lakin 2020-ci ilin yayında reytinq dərc olunandan sonra, “Forbes” yeni informasiyanı nəzərə alaraq onun sərvətini bir daha hesablayıb və onu milyarder statusundan məhrum edib. Bu il isə o, reytinqdə yer almayıb.

11:09
7 aprel 2021
2 0 77
Top