USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

OPEC-in builki neft hasilatı üzrə proqnozu aşağı düşüb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2021-ci il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu azaldıb.

BiznesMedia xəbər verir ki, EIA-in aylıq hesabatına görə, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 26,67 mln. barel olacaq. Bu, əvvəlki proqnozdan 0,14 mln. barel azdır.

Proqnoza görə, gələn il bu göstəricinin 28,03 mln. barel olacağı ehtimal edilir (ötən proqnoza əsasən, 27,99 mln. barel).

EIA-in hesablamalarına görə, 2020-ci ildə OPEC üzrə gündəlik neft hasilatı 25,59 mln. barel olub.
19:34
7 aprel 2021
0 0 3
Top