USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Biznesə başlamaq üçün ilk addımlar necə olmalıdır? – MÜSAHİBƏ/VİDEO

“Mən hər hansı ideya ilə yola çıxanda heç vaxt onun iflasını düşünmürəm”.

BiznesMedia xəbər verir ki, bu sözləri Avto FM-in təqdimatında “Danışır Biznes” verilişinin qonağı olan “Zuleykha accessories” brendinin təsisçisi və rəhbəri Lalə Mirzəyeva müsahibəsi zamanı bildirib:

“Yeni işə başlayarkən mən düşünürəm ki, o ancaq qazandıracaq, uğurlu olacaq. Başqa bir fikir ağlıma da gəlmir. Bütün üstünlüklərini, mənfi cəhətini beynimdə formalaşdırıram. Qarşıma çıxa biləcək ehtimallar belə varsa, onları belə gözə alıb çıxıram və öncədən qarşılaşacağım problemlərin həllini ssenariləşdirirəm. Bu psixoloji yanaşma mənə çox kömək olur. Bununla bir addım öndə oluram. İşə yeni başlayarkən mən alınmayacağını düşünmədən başladım və işləmək istəyən insanlarla işlədim. Bir müddət sonra əməyimizin bəhrəsini görməyə başladıq”.  

Müsahibə zamanı Lalə Mirzəyeva iş dünyasında atdığı addımlar və brendi haqqında məlumat verib.

Tam müsahibəni izləmək üçün videonu təqdim edirik: 

16:50
7 aprel 2021
2 0 51
Top