USD 1.7000 EUR 2.0215 RUB 0.0220 TRY 0.2085 QIZIL 1726.95 $ GÜMÜŞ 24.802 $ BREND 63,57 $ AZERİ LİGHT 62,95 $ BITCOIN 60705.05 $

Məşhur şirkət Azərbaycanda "yaşıl" enerji layihələrini nəzərdən keçirir

Rusiyanın "Rosatom" dövlət korporasiyası Azərbaycanda "yaşıl" energetika sahəsində layihələri nəzərdən keçirir.

BiznesMedia xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəliyi məlumat bildirib.

"Rosatom"un Şərqi Avropa üzrə regional mərkəzinin direktoru Vladimir Qorn bildirib ki, korporasiyanın məhsulları "Azərbaycan 2030" sosial-iqtisadin inkişaf prioritetlərinin reallaşdırılması üçün potensiala malikdir. Bu prioritetlər arasında dayanıqlı inkişaf edən rəqabətqabiliyyətli iqtisadiyyat, rəqabətqabiliyyətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və "yaşıl artım" mühiti yer alır.

Yaxın zamanlarda korporasiyanın təklifləri Azərbaycanın səlahiyyətli strukturlarına təqdim olunacaq.
20:53
7 aprel 2021
0 0 2
Top